Xəbər lenti

Ekonomiks 16:36 28.07.2023

Horadiz-Zəngilan avtomobil yolunun iqtisadi önəmi (ŞƏRH)

"Horadiz-Zəngilan avtomobil yolu növbəti mərhələdə Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bütün bunlar ondan xəbər verir ki, bu yol Azərbaycan üçün deyil, bütövlükdə region üçün kifayyət qədər ciddi əhəmiyyətə malik olacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Horadiz–Zəngilan avtomobil yolunun iqtisadi tərəflərini şərh edərkən deyib. 

Deputat bildirib ki, Horadiz-Zəngilan avtomobil yolu Qarabağla Şərqi Zəngəzuru birləşdirən avtomobil xəttidir: 

"Eyni zamanda, Füzuli və Şuşa arasında artıq ikinci avtomobil yolu istifadəyə verilmək ərəfəsindədir. Xüsusən də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inkişafı intensiz şəkildə və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir. Bu konteksdən Horadiz-Zəngilan avtomobil yolu bütövlükdə Qarabağın nəqliyyat və logistik infrastrukturunun, həm də Şərqi Zəngəzurun inteqrasiyasına imkan verəcək. Bütövlükdə hər iki iqtisadi rayonun sosial iqtisadi inkişafı baxımından vacibdir. Nəticə etibarı ilə, həmin rayonun iqtisadiyyatının inkişafı üçün nəqliyyat və logistik infrastrukturunun genişləndirilməsinə ehtiyac var”. 

Vüqar Bayramov qeyd edib ki, müasir standartlara uyğun avtomobil yolun infrastrukturunun formalaşdırılması nəticə etibarı ilə investisiyaların cəlb edilməsi baxımından vacibdir: 

"Həmin bölgələrdə məskunlaşma prosesinə uyğun olaraq həm də iqtisadi inkişafın daha yaxından dəstəklənməsinə imkan verəcək. Bu baxımdan, Azərbaycan hər iki iqtisadi rayon üçün vacib infrastrukturdur. Birmənlı şəkildə bu yol Qarabağ və Şərgi Zəngəzurdan yükdaşımalara imkan verəcək. Çünki Horadiz-Zəngilan avtomobil yolu növbəti mərhələdə Zəngəzur dəhlizinə inteqrasiya olunacaq”. 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmirinə başlayıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->