Xəbər lenti

Hüseynqulu Bağırov yoxlanılır
Ölkə07:09 24.06.2014

Hüseynqulu Bağırov yoxlanılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hesablama Palatası dövlət qurumlarında yoxlamaları davam etdirir. 

Qaynar.info xəbər verir ki, bu barədə Lent.az-a palatadan məlumat verilib.

Bununla bağlı Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.  

İclasda Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin və İnformasiya və Reklam Departamentinin maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericilik aktlarına uyğunluğuna, eləcə də dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair audit proqramları müzakirə edilərək təsdiq olunub.

Qaynar.info