Xəbər lenti

Hövsanı bürümüş əcaib qoxu - PROBLEM
Ölkə20:29 05.10.2014

Hövsanı bürümüş əcaib qoxu - PROBLEM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hövsan qəsəbəsində yaşayan sakinlər ciddi bir problemlə üz-üzə qalıblar. 

Qəsəbə sakinlərinin Aktual.Az-a verdiyi məlumata görə, Hövsanın girişində kanalizasiya xəttinin üstünün açıq olmasından ətrafı əcaib üfunət qoxusu bürüyüb.

İki gündür ki, sakinlər qəsəbədə havanın bu şəkildə korlanmasından əziyyət çəkir. Belə ki, Hövsanın girişinə yaxınlaşanda kanalizasiya xəttinin dənizə axdığı 1 km-lik hissəsi üstüaçıq olduğundan, hətta həmin ərazidən keçən sərnişin avtobuslarında və abvomobillərdə də bu kəskin qoxunu, üfunəti hiss etmək olur. 

Sakinlərin sözlərinə görə, bu problem artıq Hövsanın bir nömrəli bəlasına çevrilib. Həm yay aylarında, həm də qış aylarında sakinlər bu problemi yaşadığını bildirirlər. Onlar problemin süni yaradıldığını da istisna etmir, bununla bağlı dəfələrlə qəsəbə nümayəndəliyinə və Hövsan bələdiyyəsinə məlumat verdiklərini iddia edirlər. 

Sakinlər bildirirlər ki, kanalizasiyadan gələn qoxunun əsas səbəbi kanalizasiya xəttinə xlorun qatılmaması və xəttin üstünün qapadılmaması ilə bağlıdır: 

"Hər dəfə bu problem baş verəndə şikayət edirik, gəlib bir az xlor qatıb gedirlər. Amma bir həftə keçmir ki, eyni problemlə yenidən üzləşməli oluruq. Hətta Suraxanı Rayon İcra Hakimiyyətinə də şikayət eləmişik, amma baxan yoxdur".

Qaynar.info