Xəbər lenti

“İçərişəhər”in rəhbəri bu dairədən namizədliyini irəli sürdü
Siyasət 13:31 25.07.2024

“İçərişəhər”in rəhbəri bu dairədən namizədliyini irəli sürdü

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb. 

Modern.az-ın məlumatına görə, Şahin Seyidzadə namizədliyini 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən irəli sürüb. 

Məlumatı saytımıza adı çəkilən seçki dairəsindən təsdiqləyiblər. Bildirilib ki, Ş.Seyidzadə artıq imza vərəqələrini də götürüb. 

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının 87 saylı Qobustan - Şamaxı - İsmayıllı  seçki dairəsindən namizədi Rasim Ramis oğlu Novruzovdur. 

Xatırladaq ki, Şahin Seyidzadə altıncı çağırış Milli Məclisə 50 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdi. 2022-ci ilin martında ölkə başçısının sərəncamı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunan Şahin Seyidzadə deputat mandatını təhvil vermişdi. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->