Xəbər lenti

İcra nümayəndəliyi ilə dövlət şirkəti arasında mübahisə: Pulu kim ödəməlidir? (AÇIQLAMA)
Ekonomiks 17:33 16.12.2024

İcra nümayəndəliyi ilə dövlət şirkəti arasında mübahisə: Pulu kim ödəməlidir? (AÇIQLAMA)

"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti (ASC) Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Dağlı kəndi üzrə İcra Nümayəndəliyini məhkəməyə verib.  

Qaynarinfo-nun məlumatına görə, tərəflər arasında alqı-satqı müqaviləsinə dair mübahisə yaranıb.  

Birinci instansiya məhkəməsi ASC-nin iddiasını təmin etməyib. Şirkət bu qərardan apellyasiya şikayəti verib. Şikayətə Şəki Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Rövşən Rəfiyevin icraatındadır.  

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Dağlı kəndi üzrə icra nümayəndəsi Ömər Qarayev "Qaynarinfo"ya bildirib ki, uşaq bağçaları yerli icra hakimiyyətlərinin tabeliyində olanda İcra Nümayəndəliyi ilə "Aqrar Tədarük və Təchizat" ASC arasında müqavilə bağlanıb.  

"Müqavilə bağçaların ərzaqla təminatı ilə bağlı olub. Lakin maliyyə vəsaiti şirkətin hesabına köçməyib. İl başa çatandan sonra isə vəsait dövlət büdcəsinə qaytarılıb. Uşaq bağçaları artıq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Əslində, bizlik bir iş yoxdur. Şirkətə ödənilməli olan vəsait də büdcəyə qayıdıb. Bizdə bütün sənədlər var. Şirkətin də diqqətinə çatdırmışıq ki, artıq biz bu işdə tərəf deyilik",
– deyə Ömər Qarayev bildirib.  

Məlumat üçün qeyd edək ki, "Aqrar Tədarük və Təchizat" ASC dövlət şirkətidir. ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadədir.  

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->