Xəbər lenti

Şikayətlərə görə işdən çıxarılan keçmiş rəis yeni vəzifəyə təyin olunub
Ölkə 13:43 09.12.2025

Şikayətlərə görə işdən çıxarılan keçmiş rəis yeni vəzifəyə təyin olunub

Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri olduğu dönəmdə işdən çıxarılan Əfqan Qəribov yeni vəzifəyə təyinat alıb. 

Qaynarinfo xatırladır ki, Əfqan Qəribov Muxtar Babayevin dövründə Şamaxı Regional Meşə Təsərrüfatı Birliyinin rəisi vəzifəsində işləyib. Barəsində çoxsyalı şirkayətlər olduğundan, həmçinin Baş Prokuror Korrupsiyaya Qarşı Mübarizə İdarəsində barəsində araşdırma aparıldığından Muxtar Babayev onun tutduğu vəzifədən azad edib. 

Maraqlıdır ki, Muxtar Babayev nazir postundan getdikdən sonra Əfqan Qəribov yenidən ekologiya sferasına qayıdıb. O, hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin direktor müavini vəzifəsində çalışır. Onun bu vəzifəyə konkret nə zaman təyin olunduğu məlum deyil. Məlum olan odur ki, Əfqan Qəribovla bağlı yeni təyinat Muxtar Babayevin nazir olmadığı dövrdə baş verib.  

O, bu vəzifəyə təyin olunar-olunmaz mediada və sosial şəbəkələrdə Şahdağ Milli Parkının İsmayıllı hissəsində ağacların kəsilməsi barədə məlumatlar yayılmağa başlanıb. Həmin məlumatlarda ağacların kəsilməsinə görə Əfqan Qəribov ittiham edilir. Eyni zamanda onun Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan Cabbar Qəribov tərəfindən himayə olunduğu bildirilir. 

İddialara görə, Cabbar Qəribov Əfqan Qəribovun əmisidir. Onun yenidən vəzifəyə qayıdışı da Cabbar Qəribovun gərgin əməyinin nəticəsi kimi izah edilir.

Bu iddialarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Əfqan Qəribov 3 sentyabr 2025-di ildən Şahdağ Milli Parkının İsmayıllı bölməsində sahə müfəttişi vəzifəsində işləyir.  

Şahdağ Milli Parkının İsmayıllı hissəsində ağacların kəsilməsinə gəlincə, Xidmətdən bildirilib ki, ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən meşə və milli parkların ərazilərində mütəmadi monitorinqlər aparılır: 

"Aşkar edilən qanun pozuntuları ilə bağlı aidiyyəti qurumlarla birgə qanunamüvafiq tədbirlər görülür. Şahdağ MP-nın ərazisində ağacların kəsilməsi ilə bağlı yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılıb. İlkin araşdırmalara görə ağac kəsintisi baş verən ərazinin Şahdağ Milli Parkının ərazisi olmadığı müəyyən edilib. 

Sözügedən ərazinin mülkiyyətiçisini müəyyənləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub. Araşdırma yekunlaşdıqdan sonra qanunamüvafiq tədbirlər görüləcək və dəymiş ziyanın məbləği cinayət tərkibi yaradarsa toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək".

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->