Xəbər lenti

İlahiyyatçıya ağır ittiham
Ölkə08:46 01.04.2013

İlahiyyatçıya ağır ittiham

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 31-də ilahiyyatçı Tale Bağırzadə həbs olunub. Onun narkotik maddə saxlamaqda ittiham olduğu bilirilir. Polis onu saxlanarkən üzərindən 1,26 qram heroin tapıldığı deyilir.

İlahiyyatçı haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. Bu haqda AzadlıqRadiosuna vəkil Anar Qasımlı deyib.

TALE BAĞIRZADƏNİN SÜRÜCÜSÜ SİLAH SAXLAMAQDA İTTİHAM EDİLİR

Saxlanan zaman Tale Bağırzadənin yanında olan sürücüsünün (onun adının dəqiqiləşdirmək mümkün olmayıb –Ş.B) haqqında isə 228.1 maddəsi ilə iş açılıb. O silah saxlamaqda ittiham olunur.

Tale Bağırzadə və sürücüsünün Sabunçu rayon Polis İdarəsində saxlandığı bildirilir.

Anar Qasımlı deyib ki, işlə bağlı ətraflı məlumat ala bilmək üçün hələlik müstəntiqlə görüşə bilməyib. Görüş aprelin 2-də baş tuta bilər.

Daxili İşlər Nazirliyindən isə bildiriblər ki, bu haqda məlumatı günortadan sonra yayacaqlar.

Tale Bağırzadə 4 ay əvvəl azadlığa çıxmışdı. O Təhsil Nazirliyinin qarşısında hicabla bağlı aksiyada həbs edilmişdi və il yarım azadlıqdan məhrum edilmişdi.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimzadə Tale Bağırzadənin həbsini onun hakimiyyəti sərt tənqid etməsi ilə bağlayır.

Bu gün Nardaranda ilahiyyatçının həbsinə etiraz olaraq aksiya keçirilməsi gözlənir.

TALE BAĞIRZADƏ KİMDİR?

Tale Bağırzadə 1984-cü ildə Bakıda doğulub.

Azərbaycan İqtisad Universitetini bitirib.

İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

Onun məscidlərin birində xütbələrinin videogörüntüsü Youtube-da da yerləşdirilib.