Xəbər lenti

İlginc hadisə: Oğru qadının evini təmizlədi, zibilləri atdı və ona şam yeməyi hazırladı
Dünya 23:56 06.10.2024

İlginc hadisə: Oğru qadının evini təmizlədi, zibilləri atdı və ona şam yeməyi hazırladı

İngiltərədə oğru qadının evinə girib, otaqları təmizləyib, paltarları qurutmaq üçün asıb və axşam yeməyini bişirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Britaniyalı qadın işdən evə qayıdıb və məlum olub ki, o, evdə olmadığı müddətdə kimsə otaqları təmizləyib, şam yeməyi bişirib və çamaşırları qurutmaq üçün asıb. Naməlum şəxs alış-veriş torbalarını da açıb, zibil qutusunu çıxarıb və stolun üzərinə bir şüşə şərab qoyub. Qorxuya düşən qadın polisə müraciət edib. 

Daha iki həftədən sonra ərazinin başqa bir sakini CCTV görüntülərini izləyib və bir stəkan şərabla ərazidə gəzən bir adamı görüb. Hadisə yerinə gələn polis oğrunu saxlayıb və onun evsiz olduğu üzə çıxıb.

36 yaşlı saxlanılan şəxs tez-tez evlərə girdiyini, ev sahiblərinin yeməyini yediyini və ev sahiblərindən üzr istəmək üçün təmizlik təşkil etdiyini bildirib. 

Məhkəmənin hökmü ilə həmin şəxs 22 ay müddətinə azadlıqdan məhrum edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->