Beynəlxalq münasibətlərdə sanksiya siyasətinə yer yoxdur.
Report xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-1” kanalına Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı suala cavab verərkən bildirib.
"Xüsusilə də bu sanksiyalar qanunsuz olduqda və tamamilə əsassız və seçici şəkildə tətbiq edildikdə. Buna görə də biz hər cür sanksiyaya qəti şəkildə qarşıyıq və hesab edirik ki, beynəlxalq ictimaiyyət öz mövqeyini müştərək şəkildə ifadə etməlidir”, –dövlət başçısı vurğulayıb.
Şərhlər