Xəbər lenti

Siyasət 20:04 15.09.2023

İlham Əliyevin Tacikistan səfəri Mərkəz Asiya dövlətlərilə münasibətə necə təsir edəcək? (ŞƏRH)

"İlham Əliyevin bu tədbirə qatılması Azərbaycan dövləti və onun siyasi liderinə olan inam və etibarın ifadəsidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan səfərini şərh edərkən deyib: 

"Azərbaycan Mərkəzi Asiya dövləti deyil. Lakin Azərbaycan Prezidentinin yeritdiyi uğurlu xarici siyasət sayəsində ölkəmizin Mərkəz Asiya dövlətlərilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Hazırda Bakı ilə sözügedən region dövlətləri arasında sıx və geniş əhatəli əlaqələr yaranıb. Dövlət başçısı son iki ildə 9  dəfə Mərkəzi Asiya ölkələrinə səfəri, Mərkəzi Asiya dövlətlərinin rəhbərlərinin də Bakıda olması siyasi dialoqun ən yüksək səviyyədə olduğunu göstərir”. 
 
 

Deputat qeyd edib ki, Bakının regionla ikitərəfli ticarət əlaqələri də də artıb: 

"Keçən il Azərbaycanın Mərkəzi Asiya dövlətlərilə ticarət dövriyyəsi 3 dəfədən çox, cari ilin 7 ayında isə 50 faiz artıb. Azərbaycan Avrasiyanın mühüm loqostik mərkəzlərindən birinə çevrilib. Bakı-Tiflis-Qars dəmiryolu xəttinin illik daşınma potensialının 5 milyon tona, Bakı Dəniz Ticarət Limanının yükdaşınma qabiliyyətinin 15 milyondan 25 milyon tonadək artırılması onu göstərir ki, Mərkəzi Asiya ölkələrinin Türkiyə və Avropa ilə iqtisadi əlqəqlərinin inkişafında Azərbaycan mühüm həlqədir. Mərkəzi Asiya ölkələrinin Ələt Azad  İqtisadi Zonasına da xüsusi diqqəti var. Bu da həmin sferada da əlaqələrimizin inkişafı üçün geniş potensialın mövcudluğunu göstərir. Azərbaycan Tacikistan münasibətləri də dinamik inkişaf tempinə malikdir. Hər iki ölkə arasında iqtisadi, ticari nəqliyyat, humanitar və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar pəncərəsi açılıb”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistanda səfərdə olub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->