Xəbər lenti

İlhamə Quliyevanın ölüm səbəbi bilindi - FOTO
Ölkə09:06 25.02.2016

İlhamə Quliyevanın ölüm səbəbi bilindi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti İlhamə Quliyevanın ölüm səbəbi məlum olub.

Müğənninin qohumu Əli Mirəliyev ATV.az-a açıqlamasında bildirib ki, İlhamə Quliyevanın ölümünə səbəb ürəyində trombun qırılmasıdır: “Səhər saatlarında vəfat etdi. Xəstəxanaya çatdıra bilmədik. Xidmətçisi məlumat verdi bizə, indi onun evindəyik”.

Qeyd edək ki, İlhamə Quliyevanın evinə heç kim buraxılmır. MüğənnininQutqaşınlı küçəsində yerləşən evinin qarşısında olan “Qafqazinfo” nunəməkdaşları bildirir ki, bina hazırda polis tərəfindən mühafizə olunur.

Polis əməkdaşları bildiriblər ki, hazırda içəridə müğənninin iki qohumu və Əli Mirəliyevdən başqa heç kim yoxdur.

Onlarqeyd edib ki, hüquq- mühafizə orqanlarının rəhbərləri də hadisə yerinəgələcək. Binanın qarşısında təcili tibbi yardım maşını dayanıb.  

Xalq artistinin meyiti ekspertizaya aparılacaq.

Qaynar.info