Xəbər lenti

İlqar Məmmədov və Tofiq Yaqublunun üzünə durdular - Məhkəmə bitdi
Ölkə15:40 09.01.2014

İlqar Məmmədov və Tofiq Yaqublunun üzünə durdular - Məhkəmə bitdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vəkil Nemət Kərimli: “Zərərçəkən Rauf Kərimovun ifadəsini dəyişməsinə səbəb ona fasilədə təzyiq olunmasıdır”
Bu gün “İsmayıllı işi”nin növbəti məhkəmə prosesi oldu. Məhkəmə saat 10:00-da başladı. Yanvarın 8-də bütün məhbuslar artıq öz ifadələrini bitirmişdilər. Bu günkü prosesdə isə artıq zərərçəkənləri dindirdilər. Bu barədə məlumatı musavat.com-a Tofiq Yaqublunun vəkili Nemət Kərimli verib. O bildirdi ki, bu günkü məhkəmə prosesində “zərərçəkmiş” şəxslər T. Yaqublu və İ. Məmmədovun üzünə durdular:  “Bu gün məhkəmədə 3 nəfər  zərərçəkmiş  dindirdilər. Zərərçəkənlərdən biri Rauf Kərimov nahar fasiləsinə kimi müəyyən qədər obyektiv ifadə verirdi. Lakin nahardan sonra Rauf Kərimov ifadəsinə davam edərkən tamamilə olmayan məqamlardan danışdı. Bu da onu sübut etdi ki, Rauf Kərimova obyektiv ifadə verdiyinə görə nahar vaxtı təzyiqlər edilib. Daha sonra digər zərərçəkən şəxs  Rəşad Əhmədov ifadə verdi. Onun ifadəsi tamamilə yalandır, saxtadır. O, Tofiq Yaqublu və İlqar Məmmədovun üzünə duraraq yalandan  hadisə vaxtı onları gördüyünü və camaata çağırışlar etdiyini dedi ”.
N. Kərimli dedi ki, növbəti məhkəmə prosesinin yanvarın 13-ü saat 10:00-da olacaq. Məhkəmə iclasına hakim Rəşid Hüseynov sədrlik edir.
Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini və “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu və «Real» hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
Qaynar.info