Xəbər lenti

İdman 12:24 04.10.2023

İngilis azarkeşlərdən iyrənclik - xərçəngdən dünyasını dəyişmiş uşağın...

"Sanderlend"ə 3:0 hesablı məğlubiyyəti həzm edə bilməyən "Şeffild Wednesday" azarkeşləri iyrənc hərəkətlərə yol verib.

Qaynarinfo-nun məlumatına görə, sevimli komandalarının məğlubiyyətindən sonra iki azarkeş 2017-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişmiş azyaşlı Bredli Loverinin şəklini ələ salıb. Sözügedən azarkeşlər Loverinin şəklini cib telefonu vasitəsilə nümayiş etdirib və onu "Sanderlend” tərəfdarlarının olduğu tribunalara tutaraq gülüblər. 

Bredlinin anası Cemma qurduğu "Bradley Lowery Foundation"ın "Facebook" səhifəsi vasitəsilə yayımladığı mesajda, "Bunu görmək mənim üçün çox kədərlidir. Körpəsini xərçəngdən itirən ailəyə hörmət etmək bir yana, bəs "xərçəngin rəngi yoxdur” deyiminə nə oldu?" - sözlərini yazıb. 

Bu arada, "Şeffild Wednesday"in həmin iki azarkeşindən biri, 31 yaşlı Deyl Huqton saxlanılıb. Polis Huqtonun futboldan uzaqlaşdırılması üçün müraciət edib. Adı ictimaiyyətə açıqlanmayan digər şəxs isə (27 yaş) saxlanıldıqdan sonra zaminə buraxılıb.
 



Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->