Xəbər lenti

İNSANIN MEYMUNA ÇEVRİLMƏSİ
Ölkə12:04 31.05.2013

İNSANIN MEYMUNA ÇEVRİLMƏSİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rasim Qaraca

Nə üçün belə olduğunu anlamağa çalışıram.Dostum birdən-birə çevrilib meymun olmuşdu. Gözlərindəki qəribəişartıdan və başını qəfildən sağa-sola döndərməsindən bunu hiss edirdim.Onu qalstukda və kostyumda görəndə isə buna tam əmin oldum. Artıqyazdığı əsərlərin məzmunu da dəyişməyə başlamışdı, yalnız “ha-ha”,“hu-hu” edirdi.

Ən qəribəsi buydu ki, deyəsən dostum özü meymunluğu qəbul eləmişdi.

Məniyanlış anlamayın, meymunların şərəf və layaqətinə hörmətim var, onlarda təkamül nəticəsində əvvəl-axır gəlib insan olacaqlar, onlar da bizimqardaşımız. Ancaq təzədən insanın meymuna çevrilməsi istər-istəməzinsanı  düşünməyə vadar edir. Əvvəlcə insan meymundan əmələ gəlmişdi,indisə insanlardan meymun əmələ gəlməyə başlayıb, özü  qədim insanməskənlərinin ölkəmizin ərazisində, Azıxda, Qobustanda yerləşdiyininəzərə alsaq, bunda da bir məntiqi ip ucu tapa bilərik bəlkə. Ancaqmənim demək istədiyim başqa şeydir. İnsan nə üçün dönüb meymun olur,məni bu heç maraqlandırmır, olursa olsun, cəhənnəmə ki, özü bilər.Sadəcə gördüklərimi qələmə almaq istədim, o qədər.

Meymunun insana çevrilməsində əməyin rolu vardısa, insanın meymuna çevrilməsində pul çox önəmli bir faktordur.

Əvvəla meymunun insandan əsas fərqi nədir, buna baxaq.

İnsantək yaşaya bilir, ancaq meymun sürü halında yaşamasa olmaz.Dolayısıyla, əgər insan qiyafətindəki meymunları aşkara çıxarmaqistəsəniz, birinci baxmalısınız ki, o insan sürü halında yaşayandır,yoxsa yox, sürü halında yaşayırsa, demək meymundur. Bu bir.

İkincisi,ətrafımızdakı insan-meymunların gözlərinin içinə diqqətlə baxın, əgəroyur-oyur oynayırsa, demək nədir, meymun. Çox əlamətləri var, mənim indivaxtım yoxdur sadalamağa. Ancaq sizə bircə şeyi deyim, ətrafımızmeymunlarla doludur, özünüzü onlardan gözləyin demirəm, sadəcə onlarıtanıyın, qoy özləri də bilsinlər ki siz onu tanımısınız.

Dönübmeymun olmuşun – qısaca buna Dönmeyo da deyə bilərik, olduğundan fərqligörünmək kimi bir dərdi var. Hələ də insan olduqlarını sübutayetirməkdən ötrü hər cür oyundan çıxırlar. Ancaq xəbərləri yoxdur ha,qulaqları uzanıb, arxaları da bayırda qalıb. Dönmeyolar çox aktivolurlar. Ayıblarını ört-bas etməkdən ötrü bir neçə sifətdə olmağaməhkumdular. Gah belə olurlar, gah elə, gah elə olurlar, gah belə.Təzədən insan olmaq onların başlıca qayəsidir. Ancaq qulaqları onlarıələ verir, çünki get-gedə uzanır və əcaib şəkildə sallanır. Gözlərindənisə təbəssüm yoxa çıxır, ağızları da ayrıq qalır.

Çox təəssüf, onlar təzədən dönüb insan ola bilmirlər.