Ekonomiks 18:16 29.11.2023

İpoteka vəsaitlərini mənimsəyən sabiq bank işçisi Ali Məhkəməyə müraciət etdi

"Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş əməkdaşı Cahandar Əmrahlı barəsində cinayət işinə Ali Məhkəmədə baxılacaq. 

Qaynarinfo xəbər verir ki, ksassiya şikayətinin Cahandar Əmrahlı verib. İlkin Rəcəbov iş üzrə hakim təyin edilib. 

Baş Prokurorluğun yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı "Kapital Bank” ASC-nin əməkdaşı Cahandar Əmrahlının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka krediti üçün işlədiyi banka müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta haqlarını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Cahandar Əmrahlıya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Aöır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahandar Əmrahlı 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Cahandar Əmrahlı hökmdən apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 

Cahandar Əmrahlı ilə bağlı cinayət işində "Kapital Bank” ASC zərərçəkən qismində tanınıb. 

Seyid