İslamşəhrin
icra hakimi Məsud Mürsəlpur şəhər ərazisində keçirilən nümayişləri yatıra bilmədiklərini
etiraf edib.
Qaynarinfo Gunaz.tv-yəö istinadla bildirir ki, o,
etirazların yatırılması üçün Tehran və digər yaxın əyalətlərdən əlavə qüvvələrin
göndərilməsinə ehtiyac olduğunu deyib.
İcra
hakimi etirazların miqyası və baş verən digər hadisələrlə bağlı açıqlama verməyib.
İran
hökuməti interneti kəsdiyindən, hələ ki, İslamşəhrdə nələrin baş verdiyi ilə
bağlı ətraflı məlumat əldə etmək mümkün deyil. Lakin ölkə rəsmiləri bu gün şəhər
ərazisində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən
qarşıdurmalar nəticəsində 1 nəfərin öldüyünü təsdiqləyiblər.
Yayılan
rəsmi xəbərlərə əsasən, kəskin etirazlar səbəbindən İslamşəhrdə, eləcə də Robat
Kərim və Şəhriyar rayonlarında bütün məktəblərdə sabah tətil elan edilib.
Xatırladaq
ki, 1994-cü ildə ictimai nəqliyyatda gediş haqqının 30% bahalaşmasından sonra
da İslamşəhrdə böyük etiraz aksiyaları keçirilmişdi. Həmin etirazları
"Sepah" terror təşkilatının "Sarullah" qərargahı 50
günahsız insanı öldürərək xüsusi amansızlıqla yatırmışdı.
Şərhlər