Dünya 09:31 03.11.2023

İran və müttəfiqləri İsraillə geniş müharibədən qaçmaq istəyir - Kəşfiyyat

Hələlik İran və onun müttəfiqləri İsrailin Qəzza zolağına hərbi müdaxiləsinə cavablarını elə bir şəkildə tənzimləyirlər ki, İsrail və ya Birləşmiş Ştatlarla birbaşa münaqişədən qaçsın, amma eyni zamanda düşmənlərinə zərər vursun.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb

Birləşmiş Ştatlar yaxşı bilir ki, İran öz vassallarına, xüsusən də bütün qruplaşmaların ən böyüyü və ən güclüsü olan Livan "Hizbullah”ına tam nəzarət etmir. "Hizbullah” oktyabrın əvvəlində İsrailə hücum edən HƏMAS-ın müttəfiqidir və uzun müddətdir ki, İsrailə qarşı döyüşür.

ABŞ rəsmiləri qruplaşmanın daxili siyasətinin "Hizbullah” daxilində gərginliyi artıra biləcəyindən dərin narahatdırlar.

ABŞ-ın bölgədəki kəşfiyyat fəaliyyəti ilə tanış olan mənbələrə görə, ABŞ həmçinin İran və onun müxtəlif tərəfdarları arasında münasibətləri üzərində həmişə tam nəzarətə malik deyil.

"Problem ondadır ki, bu proksilərin hamısı Tehrandan eyni dərəcədə asılı deyil və onları birlik kimi qəbul etmək səhv olardı”, – region üzrə ixtisaslaşmış keçmiş baş analitik Conatan Panikoff bildirib.

"Sual ondan ibarətdir ki, əgər HƏMAS çətinliyə düşərsə, "Hizbullah” və İran HƏMAS-ı xilas etmək üçün "Hizbullah”ın genişmiqyaslı hücuma keçməsinə razılaşacaqlar ya yox.  Məncə, biz hələ ki, bu cavabı bilmirik. Tehran bilir ki, "Hizbullah” İsrail və ya ABŞ ilə münaqişəni gərginləşdirərsə, İrana qarşı birbaşa əks-hücumlara səbəb olacaq ki, bu da onun üçün dağıdıcı ola bilər”, - ABŞ rəsmilərindən biri deyib. 

Mənbənin sözlərinə görə, oktyabrın 7-dən bəri müxtəlif proksi qrupların İsrailə və ABŞ-a qarşı başlatdığı aşağı səviyyəli hücumlar ABŞ-ı əhəmiyyətli hərbi qüvvələri yerləşdirməyə, İsraili qüvvələrini və sursatlarını ərazilər üzrə paylamağa məcbur edib, İrana Qəzza zolağında fələstinlilərin öldürülməsi ilə bağlı özünü "nəsə görən" kimi göstərməyə icazə verib və bunların hamısı birbaşa münaqişədən qaçmaq üçün edilib. 

Nizami Bağırov