Xəbər lenti

İranda yenidən zəlzələ oldu - Azərbaycanda da hiss edildi (YENİLƏNİB)
Ölkə 11:30 08.11.2023

İranda yenidən zəlzələ oldu - Azərbaycanda da hiss edildi (YENİLƏNİB)

Yerli vaxtla saat saat 11:09 -da İran ərazisində maqnitudası 4.7 olan daha bir zəlzələ qeydə alınıb.

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan Qaynarinfo-ya verilən məlumata görə, zəlzələ Azərbaycanın cənub rayonlarında hiss olunub.
 
10:20

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

Bu barədə FHN məlumat yayıb.

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, təkanlar Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.

***

Bu gün yerli vaxtla saat 09:18-də İran ərazisində zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda, Yardımlı, Lerik, Saatlıda da hiss olunub.
 
***
Lənkəranda zəlzələ olub.

 


Saat 09:19 radələrində Lənkəranda zəlzələ baş verib. Bu barədə Qaynarinfo-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Yeraltı təkanlar təqribən 3 - 4 bal arasında hiss edilib. Zəlzələ Cəlilabadda da hiss edilib.

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->