Xəbər lenti

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistanda
Dünya 10:05 07.07.2022

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistanda

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şahmani cümə axşamı Ermənistana səfər edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, "Zvartnots” beynəlxalq hava limanında Şahmanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qarşılayıb.

Səfər zamanı Şahmaninin baş nazir Nikol Paşinyanla danışıqları, eləcə də Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə işçi məsləhətləşmələri planlaşdırılıb.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->