Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) keçmiş əməkdaşı Nəzakət Həsənova qurumu məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, Nəzakər Həsənovanın bu addımı işdən çıxarılması ilə bağlıdır.
Xidmətin keçmiş əməkdaşın rəhbərliyin qərarını qanunsuz hesab etdiyindən bu məhkəmədə işə bərpa olunmasını tələb edir.
Lakin birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Nəzakət Həsənova qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Sabit Bəhrəmzadə iş üzrə hakim təyin edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovdur. O, 2023-cü ildə bu vəzifəyə təyinat alıb.
Seyid
Şərhlər