Xəbər lenti

İsgəndər Həmidov saxlanıldı
Ölkə10:20 29.05.2013

İsgəndər Həmidov saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər Nərimanov rayonunda yerləşən Montin bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayaraq özləri ilə aparıblar. 

Bu barədə musavat.com-a məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev məlumat veri.

Onun sözlərinə görə bir neçə nəfər “bozqurd” çayxanada oturub söhbət etdiyi vaxt onlara yaxınlaşan şəxlər, polis! qışqıraraq onları yerə yıxdılar, İsgəndər Həmidovun isə qollarını buraraq  maşına otuzdurublar. E. Tağıyev onların ya MTN-dən, ya da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsindən olduqlarını ayırd edə bilmədiklərini deyir.

Güman olunur ki, sabiq daxili işlərinin və keçmiş siyasi məhbusun həbsi dünən Novxanıda keçirilən mitinqdə hakimiyyətin ünvanına səsləndirdiyi sərt ifadələrlə bağlıdır.

Qaynar.info