Xəbər lenti

İstanbulda saxta “Fənərbağça” formaları ələ keçirildi
İdman 11:21 05.08.2023

İstanbulda saxta “Fənərbağça” formaları ələ keçirildi

İstanbulun Fatih bölgəsində həyata keçirilən əməliyyatda dəyəri 7 milyon lirədən çox olan saxta formalar ələ keçirilib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə "Fənərbağça”dan açıqlama verilib. Açıqlamada, İstanbulda aparılan əməliyyatlar zamanı bazar dəyəri yeddi milyon lirədən çox olan saxta formalar ələ keçirildiyi bildirilib.

Məlumatda, klubun daxili audit departamenti tərəfindən müəyyən olunan ünvanlarda polislərin apardığı əməliyyatlar nəticəsində "Fənərbağça”nın əsas komandasına aid 5 min 96 sənədsiz saxta forma ələ keçirildiyi bildirilib. Fatih rayonunda iki ayrı ünvanda araşdırmalar zamanı ələ keçirilən yeni mövsüm formalarının bazar dəyərinin 7 milyon lirədən çox olduğu, saxta məhsulların tapıldığı, şübhəlilər haqqında məhkəmə prosesinin başlandığı bildirilib.

"Fənərbağça” rəhbərliyi tərəfindən məsələ ilə bağlı verilən açıqlamada azarkeşlərə aldanmamaları üçün xəbərdarlıq olunub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->