Dünya 21:10 10.05.2023

İsveçrə Rusiya ehtiyatlarının Ukraynanın xeyrinə müsadirəsini təsdiqlədi

İsveçrə hakimiyyəti Rusiya Mərkəzi bankının dondurulmuş ehtiyatlarını Kiyevin xeyrinə müsadirə etmək üçün qanunvericilikdə maneə görmür.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times”ın məlumatında deyilir

İsveçrə İqtisadiyyat Nazirliyinin rəsmi nümayəndəsi RİA Novosti-yə bildirib ki, Rusiya Federasiyası Mərkəzi Bankının aktivlərindən Ukraynanın bərpası üçün istifadə "qanuni olaraq mümkündür”.

Müharibənin elə ilk günlərində Qərbin sanksiyalarına məruz qalan Rusiya Mərkəzi Bankının ümumilikdə 7,4 milyard frank (8,3 milyard dollar) vəsaiti İsveçrədə aşkar edilərək bloklanıb.

Martın sonundan etibarən İsveçrə hökuməti bu aktivlər üzrə rüblük dərc olunacaq məcburi hesabatların verilməsinə başlamaq qərarına gəlib.

İsveçrə Avropa İttifaqında Rusiya Federasiyası Mərkəzi Bankının aktivlərinin mümkün istifadəsi ilə bağlı müzakirələri diqqətlə izləyir, - Nazirlər Kabineti çərşənbə günü bildirib.

Xatırladaq ki, Avropa Komissiyası hüquqşünaslarla aylarla davam edən müzakirələrdən və məsləhətləşmələrdən sonra belə qənaətə gəlib ki, dövlət toxunulmazlığı onlara şamil olunduğundan dondurulmuş ehtiyatları müsadirə etmək mümkün deyil.

Əvəzində AK Aİ-yə üzv dövlətlərə və beynəlxalq tərəfdaşlara dondurulmuş ehtiyatlardan likvid aktivlərin idarə oluna biləcəyi fond yaratmağı və bu vəsaitlərin yatırılmasından əldə edilən gəlirin Ukraynanın bərpasına sərf oluna biləcəyini təklif edib.

Bununla belə, problem Mərkəzi Bankın Avropada nə qədər pula sahib olması və harada olmasıdır. Bloomberg-in məlumatına görə, fevral ayına olan məlumata görə, Rusiya Bankının Aİ-də saxladığı 258 milyard dollardan yalnız 33,8 milyard avro (36,4 milyard dollar) aşkar edilib və faktiki olaraq ələ keçirilib.

Ümumilikdə, Aİ Rusiyanın 68 milyard avroya qədər aktivlərini (fiziki şəxslər və şirkətlər daxil olmaqla) dondurub. Bu məbləğin 50 milyard avrosu Belçika, 5,5 milyard avrosu isə Lüksemburun payına düşür. 

Nizami Bağırov