Xəbər lenti

İtkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyənləşib - Adlar
Ölkə 21:10 25.06.2024

İtkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyənləşib - Adlar

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssis heyəti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub.


Qaynarinfo komissiyanın yaydığı məlumata əsasən xəbər verir ki, eyniləşdirmənin nəticələri ilə bağlı 25 iyun 2024-cü il tarixində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən itkin ailələri ilə görüş təşkil olunub, talelərinə aydınlıq gətirilmiş şəxslər barədə onlara ətraflı məlumat verilərək sualları cavablandırılıb.


Hazırda həmin şəxslərin dəfn mərasimlərinin təşkili ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri işlər həyata keçirilir. Dəfn mərasimləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyətləri müəyyən olunmuş birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarının siyahısı aşağıdakı kimidir:


1. Nağıyev Zahid Baxış o. 01.01.1975


2. Vəliyev İbrahim Ələşrəf o. 01.06.1924


3. Qurbanov Aydın Əsədulla o. 12.01.1967


4. Abbasov Akif İlyas o. 01.07.1970


5. Kərimov Yaşar Ələkbər o. 12.04.1967


6. Baxışov İdris Osman o. 25.12.1973


7. Rəsulov Rəhim Əlyar o. 19.12.1967


8. Məmişov Şahin Talış o. 12.11.1959


9. Paşayev Ələddin Bəhlul o. 08.11.1961


10. Qarayev Usubəli Süleyman o. 01.06.1961


11. Şahmuradov Nemət Musa o. 26.12.1962


12. Usubov Zakir Kamran o. 10.12.1964


13. Əliyev Muğan Gəray o. 29.11.1958


14. Dadaşov Uğur Eldar o. 02.05.1975


15. Doluxanov Rəhim Məhkəmə o. 06.12.1958


16. Tağıyev Telman Tevon o. 20.02.1953


17. Abbasov Sərvər İldırım o. 10.11.1962


18. Məmmədov Ədalət Şahmar o. 31.05.1958


19. Mirzəyev Məmməd Hüseyn o. 05.11.1967


20. Mustafayev Qərib Həsrət o. 01.07.1962



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->