Xəbər lenti

İtkin düşmüş Salyan sakini Bakıda tapıldı
Ölkə15:41 04.04.2021

İtkin düşmüş Salyan sakini Bakıda tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtkin düşmüş Salyan sakini, 1966-cı il təvvəlüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu tapılıb.
Bu barədə "Report”un "Aran” bürosuna onun bacısı Ədibə Xudaverdiyeva bildirib. Onun verdiyi məlumata görə, qardaşı Xətai Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq bu gün ailəsinə təhvil verilib.
Qeyd edək ki, Ə.Xudaverdiyev aprelin 1-də Bakıya gedərək geri qayıtmamışdı.
Ə.Xudaverdiyev fiziki qüsurlu, ikinci qrup əlildir.