Xəbər lenti

İTV-nin itkin düşən əməkdaşının ölümünün TƏFƏRRÜATI (FOTO)
Ölkə06:43 27.02.2016

İTV-nin itkin düşən əməkdaşının ölümünün TƏFƏRRÜATI (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İctimai Televiziyanın (İTV) 35 gün əvvəl itkin düşmüş əməkdaşı Rəşad Əliyevin intihar etdiyi məlum olub. Qaynar.info APA-ya istinadən xəbər verir ki, onun meyidi ötən gün "Cristall hall" yaxınlığında dənizdə aşkar edilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Rəşad Əliyevin meyidi üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar edilməyib. Onun intihar etdiyi ehtimal olunur. Bu gün meyit ailəsinə təhvil veriləcək.
Faktla bağlı araşdırma aparılır. 
Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.
Qaynar.info