Sənət 12:02 01.07.2022

İyulun 3-dən 10-dək Bakıda "Premyeralar paradı" olacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı iyul ayının repertuarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, teatr bu ayda tamaşaçılara 12 tamaşa təqdim edəcək. Teatrdan verilən məlumata görə, iyulun 3-dən 10-dək "Premyeralar paradı" olacaq. Bu mövsümdə teatrın repertuarına yenicə daxil edilmiş tamaşalar bir daha təqdim ediləcək. 
 

İyulun 17-də isə teatr 112-ci mövsümünü bağlı elan edəcək.


Bahar Rüstəmli