Xəbər lenti

Karantin rejimini pozub xaş yeməyə getdilər, polisə yaxalandılar (FOTO)
Ölkə12:57 15.04.2020

Karantin rejimini pozub xaş yeməyə getdilər, polisə yaxalandılar (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goranboy rayonunda karantin rejimini pozan kafe aşkarlanıb. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə bağlı inzibati ərazilərində xidmət aparan zaman rayonun Dəliməmmədli şəhəri ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. 
Obyektin sahibi Elçin Rzayevlə yanaşı, onun müştəriləri Zülfüqar Axundov, Dilqəm Məmmədov və Əli Hüseynov saxlanılaraq, RPŞ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Qeyd edək ki, müştərilər səhər kafeyə xaş yeməyə gəliblər.