Dünya 23:13 05.01.2024

Keçmiş nazir: "Avropa vassal qitə statusuna keçir"

"NATO-ya sədaqət Avropanın tədricən vassal qitə statusuna keçməsini sürətləndirəcək".

Qaynarinfo xəbər verir ki, bunu Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakis Britaniyanın "Unherd" portalındakı köşə yazısında bildirib.

Onun sözlərinə görə, Yunanıstanın Şimali Atlantika Alyansına üzv olması ölkə üçün lazım deyil, həm də bir sıra mənfi nəticələrə malikdir. Məsələn, milli büdcə ABŞ səfirindən qeyri-rəsmi təsdiq almalıdır. Polis və ölkənin bütün daxili idarələri digər dövlətlər tərəfindən idarə olunur.

"Ukraynada müharibənin davam etdiyi və Avropa Parlamentinə seçkilərin yaxınlaşdığı bir vaxtda bu gün avropalıların sualı sadədir: Xarici siyasətimizi və müdafiəmizi NATO-nun, başqa sözlə, ABŞ hökumətinin ixtiyarına versək, demokratiyalarımızın güclənəcəyini güman etmək ağlabatandırmı?", deyə Varufakis bildirib.

Aydın