Dünya 18:32 30.11.2023

Keçmiş prezident kommunistlərin agenti olub

Varşava prokurorları 1990-1995-ci illərdə vəzifədə olmuş Polşanın keçmiş prezidenti Lex Valesanı yalan ifadə verməkdə ittiham edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 2016-cı ildə Valensa kommunist hökuməti dövründə dövlət təhlükəsizlik xidməti ilə əməkdaşlıq işində şahid olub. Valesanın Bolek təxəllüsü ilə informator kimi fəaliyyət göstərdiyi iddia edilir. Məlumatı sosialist Polşasının Daxili İşlər Nazirliyinin mərhum keçmiş rəhbəri, general Çeslav Kişçakın məxfi arxivindən tapılan sənədlər təsdiqləyib.

Keçmiş prezidentin özü bütün ittihamları rədd edərək, aşkar edilmiş 50-dən çox sənəddə imzasının saxta olduğunu iddia edib.

"Varşava Rayon Prokurorluğu Polşanın keçmiş prezidenti Lex Valesaya qarşı ittiham aktı təqdim edib. O, 2016-cı ilin aprelində Milli Xatirə İnstitutunun (INR) Varşava filialında yalan ifadə verməkdə ittiham olunur. Daha sonra o, şahid qismində dindirilib”, deyə agentliyin məlumatında bildirilir.

Qeyd olunur ki, INP rəhbərliyi araşdırma aparıb, bu zaman məhkəmə ekspertləri Valesanın imzalarının həqiqiliyini təsdiqləyiblər. Polşanın keçmiş prezidenti ona qarşı irəli sürülən ittihamları bir daha rədd edib.

Aydın