Xəbər lenti

Kənd məktəbinin məzunu olan bu qız - 700 bal topladı
Ölkə06:53 18.07.2016

Kənd məktəbinin məzunu olan bu qız - 700 bal topladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilən qəbul imtahanlarının nəticələri bu gün elan edildiyində məlum oldu ki, 6 nəfər ən yüksək nailiyyətə imza atıb.

I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

IV ixtisas qrupu üzrə 700 bal toplamış abitturiyentin adını dəqiqləşdirilib. Bu, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu Səbinə İsmayılovadır.(Modern.az)

Qaynarinfo.Az