Asif Nərimanlı

Blogger
Yazılar
9
Kərki kəndinin Azərbaycana qaytarılması üçün hazırlıq gedir

Kərki kəndinin Azərbaycana qaytarılması üçün hazırlıq gedir

Asif Nərimanlı

Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər. 

Bu haqda Ermənistanın "Yerkramas” saytı məlumat verib.

Ermənilər bildirir ki, noyabrın 13-də Tiqranaşen (Kərkini belə adlandırırlar) yaxınlığında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) post quraşdırıb.

Hərçənd, FSB-nin qurduğu post Naxçıvanı Azərbaycanın qərb bölgəsi ilə birləşdirəcək ikinci dəhlizin açılması ilə bağlı da ola bilər. Ermənilər isə bunun kəndin qaytarılmasına hazırlıq olduğunu deyir.

Strateji əhəmiyyəti olan Kərkinin qaytarılması Azərbaycana bir sıra üstünlük qazandıracaq:

1. İrəvan-Qafan-Mehri-İran yolunun kənddən keçən hissəsi Azərbaycanın nəzərətinə keçəcək;

2. Bu kənd Ermənistanın Sünikə (Zəngəzur) girişi hesab olunur;

3. Gorus-Qafan-Mehri yolunun bir qismi artıq Azərbaycanın nəzarətindədir.

Qazaxın işğalda olan 7 kəndinin, xüsusilə anvlav olan Barxudarlı və Aşağı Əskiparanın qaytarılması isə Ermənistanın Noyemberyan rayonu ilə İcevanı birləşdirən, Göyçəyə çıxış olan yola nəzarəti itirməsi deməkdir.

Beləliklə, Azərbaycan Ermənistanın əsas nəqliyyat mərkəzlərinin bir hissəsinə nəzarət imkanı qazana bilər.
 


OXŞAR XƏBƏRLƏR