Xəbər lenti

Klonlanmış səslə iki bankanı aldatdı: Təhlükə böyükdür, itkilər yalnız maliyyə ilə məhdudlaşmır
Texnologiya 23:44 13.01.2025

Klonlanmış səslə iki bankanı aldatdı: Təhlükə böyükdür, itkilər yalnız maliyyə ilə məhdudlaşmır

Son zamanlarda səs klonlama texnologiyasından istifadə edərək həyata keçirilən bir dələduzluq hadisəsi, səslə şəxsiyyəti təsdiqləmə texnologiyalarının təhlükəsizliyini ciddi şəkildə şübhə altına aldı. 

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, süni intellekt tərəfindən klonlanmış səslə bir şəxs iki böyük bankın təhlükəsizlik sistemini asanlıqla keçə bilib. Bu vəziyyət həm texnologiyanın gücü, həm də təhlükələri ilə bağlı vacib sualları gündəmə gətirir.

Hadisənin təfərrüatları: Klonlanmış səslə bankları necə aldadırlar?
 

BBC tərəfindən təşkil edilən Dolandırıcılıq Təhlükəsizliyi Həftəsi çərçivəsində jurnalist Martin Lyuis öz səsini klonlama təcrübəsi keçirib. Süni intellekt köməyi ilə o, öz səsinin demək olar ki, ayırd edilə bilməyəcək qədər dəqiq bir kopyasını yaradıb. Daha sonra Lyuis bu klonlanmış səsi istifadə edərək Santander və Halifax banklarının səsli təsdiqləmə sistemlərini sınadı və hər iki bankın təhlükəsizlik addımlarını keçməyi bacarıb.

Lyuis əvvəlcə BBC studiyasındakı yüksək keyfiyyətli hoparlörlərdən istifadə edərək sistemləri test edib. Daha sonra isə adi bir "iPad" səsgücləndiricisi ilə eyni prosesi təkrar edərək yenidən uğur qazanıb. Bu, yüksək səs keyfiyyətinin belə vacib olmadığını göstərib.

Niyə bu qədər təhlükəlidir?
 

Mərmərə Universiteti Ünsiyyət Fakültəsi Vizual Ünsiyyət Dizayn Bölüm rəhbəri və İnformatika Texnologiyaları üzrə mütəxəssis Prof. Dr. Ali Murat Kırık bu vəziyyətin ciddiliyini vurğulayaraq deyib:

"Bir necçə dəqiqəlik bir səs yazısı ilə bir şəxsin səsini klonlamaq və bankaların təhlükəsizlik sistemlərini aşmaq bu qədər asan olmamalıdır. Bu, bankaların və digər qurumların təhlükəsizlik sistemlərini təcili olaraq yenidən nəzərdən keçirmələrinin zəruriliyini göstərir".

Klonlanmış səsin yaratdığı təhlükələr:

* Maliyyə itkiləri: Dələduzlar bank hesablarına daxil olub pul çəkə, hətta kredit müraciətləri edə bilərlər.

* Etibarın zədələnməsi: Səsdən istifadə edilərək yaxın insanlardan pul tələb edilə bilər.

* Hüquqi problemlər: Zərərçəkən şəxslər üçün özlərini sübut etmək çətin ola bilər və uzun hüquqi proseslərə səbəb ola bilər.

* Emosional təsirlər: Bu texnologiya ilə dələduzlar yaxınlarınızla əlaqə saxlayaraq panikaya səbəb ola bilər.

Klonlanmış səs necə işləyir?
 

Prof. Dr. Ali Murat Kırık səs klonlama prosesini belə izah edir:

* Səs yazısının toplanması: Klonlama üçün əvvəlcə bir şəxsin səsi qeyd olunur. Qeyd nə qədər uzun olarsa, klonlama bir o qədər dəqiq olur.

* Süni intellektin təhlili: Toplanan səs yazısı süni intellekt modelinə yüklənir və model həmin səsin bütün detallarını təhlil edərək bir "rəqəmsal səs izi” yaradır.

* Klonlanmış səsin yaradılması: Rəqəmsal iz əsasında süni intellekt həmin şəxsin səsini təqlid edə bilən model yaradır.

Kimlər risk altındadır?
 

Prof. Dr. Kırık bildirib ki, sosial media platformalarında və ya səsli mesajlar vasitəsilə səs paylaşan hər kəs bu risklə üzləşə bilər. Xüsusilə yaşlı insanlar və texnologiyaya az məlumatlı şəxslər, bu cür dələduzluqlara qarşı daha həssasdır.

Təhlükələrə qarşı hansı tədbirlər görülməlidir?
 

Prof. Dr. Ali Murat Kırık təhlükəsizliyi təmin etmək üçün aşağıdakı tədbirləri tövsiyə edir:

* Çox qatlı təhlükəsizlik sistemləri: Banklar yalnız səsli təsdiqləmə ilə kifayətlənməməli, əlavə təhlükəsizlik addımları (SMS kodu, mobil tətbiq vasitəsilə təsdiqləmə) tətbiq etməlidir.

* Səs klonlama aşkarlama sistemləri: Süni intellekt ilə klonlanmış səsləri ayırd edə biləcək analiz alətləri inkişaf etdirilməlidir.

Fərdi tədbirlər:

* Səs yazılarınızı tanımadığınız platformalarda paylaşmaqdan çəkinin.
* Sosial mediada səsli mesajlar göndərərkən diqqətli olun.
* Təhlükəsiz olmayan platformalarda öz səsinizlə şəxsiyyət təsdiqləməsi etməyin.

Hüquqi tədbirlər:

Klonlanmış səs vasitəsilə dələduzluq edən şəxslərə qarşı hüquqi prosedurlar sərtləşdirilməlidir. Kişisel Verileri Koruma Kurumu kimi qurumlara müraciət etməklə məlumatlarınızın qorunmasını tələb edə bilərsiniz.

Klonlanmış səslə dələduzluğun qarşısını almaq üçün nə etməli?
 

Əgər sizin səsiniz klonlanıb və dələduzluq məqsədilə istifadə olunubsa, aşağıdakı addımları atmağınız vacibdir:

* Dərhal banklarla əlaqə qurun: Hesablarınızı dondurun və icazəsiz əməliyyatları dayandırın.
* Dəlilləri toplayın: Dələduzluğun sübutlarını (telefon yazışmaları, əməliyyat qeydləri və s.) toplayaraq rəsmiləşdirin.
* Hüquqi prosedurları başladın: Respublika Prokurorluğuna müraciət edərək şikayət verin.
* Platformalara şikayət edin: Sosial media və ya digər rəqəmsal platformalarda səsinizdən istifadə edilərsə, bu barədə şikayət edin və məzmunun silinməsini tələb edin.

Səs klonlama texnologiyasının artan təhdidləri yalnız maliyyə itkiləri ilə məhdudlaşmır. Bu, həm şəxsi məlumatların qorunmasını, həm də insanların rəqəmsal təhlükəsizlik algısını ciddi şəkildə təhdid edir. Bankların və texnologiya şirkətlərinin təhlükəsizlik sistemlərini təkmilləşdirməsi, fərdlərin isə öz məlumatlarını qorumaqda daha diqqətli olması vacibdir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->