Xəbər lenti

Kosmik toz buludunda Yerin bütün okeanlarındakından 3 dəfə çox su tapıldı
Dünya 23:59 29.02.2024

Kosmik toz buludunda Yerin bütün okeanlarındakından 3 dəfə çox su tapıldı

İtaliya, Almaniya, Belçika və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu Yerdən 450 işıq ili uzaqlıqda yerləşən Buğa bürcündə planeti əmələ gətirən qaz və toz diskində nəhəng miqdarda su aşkar ediblər. Mütəxəssislərin hesablamalarına görə, maddə buludu o qədər çox nəm ehtiva edir ki, o, Yerin bütün okeanlarını üç dəfə doldura bilər. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature Astronomy" (NatAstro) elmi jurnalında dərc olunub.

Alimlərin fikrincə, onlar ilk dəfə olaraq sabit protoplanetar diskdə suyun paylanmasının xəritəsini çəkə biliblər. Kəşf Çilidə yerləşən radioteleskoplar kompleksi olan "Atacama Large Millimeter Wave Array" istifadə olunmaqla edilib.

"Planetlərin əmələ gəlməsi ehtimalı olan eyni bölgədə su buxarından ibarət okeanları təsvir edə biləcəyimizi heç təsəvvür etməzdim", deyə tədqiqatın rəhbəri, Milan Universitetinin astronomu Stefano Faççini bildirib.

Tədqiqatın nəticələri astronomlara planetlərin əmələ gəlməsi prosesləri və onların kimyəvi tərkibinin formalaşmasında suyun rolunu daha yaxşı başa düşməyə imkan verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->