Xəbər lenti

Krım körpüsünün qarşısında yenə böyük tıxac yarandı
Dünya 12:00 13.07.2024

Krım körpüsünün qarşısında yenə böyük tıxac yarandı

Taman tərəfdən Krım körpüsünün qarşısında 365 maşın növbə gözləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Yol Məlumat Mərkəzinin operativ Teleqram kanalında Krım körpüsünə gedən yolda vəziyyət və yoxlamaya hazırlıq barədə verilən məlumatda deyilir.

Gözləmə müddəti bir saatdan çoxdur. Kerçdən gələn növbədə 180 avtomobil var. Bu məlumat Moskva vaxtı ilə saat 9:00-a aiddir.

Moskva vaxtı ilə saat 8:00-a olan məlumata görə, Tamandan gələn növbədə 359 avtomobil olub.

İyulun 12-də axşam saatlarında Krım körpüsündə nəqliyyatın hərəkəti 40 dəqiqəlik kəsilib. Gün ərzində Kerçdən 830 avtomobilin növbəyə çıxdığı bildirilib. Gözləmə təxminən üç saat olub.

Bundan əvvəl, iyulun 1-də Krım körpüsündə 945 avtomobilin növbəsi yaranmışdı.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->