Ölkə 17:14 08.02.2023

"Kristal Abşeron"dan Türkiyəyə 1 milyon 250 min lirəlik dəstək

Qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələlər hər birimizi dərindən sarsıdıb. Azərbaycanda hər kəs qardaş ölkəyə dəstək olmaq üçün yardım kampaniyalarında iştirak etməyə, mənəvi dəstək olmağa çalışır.

Davam edən axtarış və xilasetmə əməliyyatlarına "Kristal Abşeron" da dəstək göstərib. Belə ki, şirkət Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) 600 000 türk lirəsi ianə edib və 650 000 lirə dəyərində Türkiyədən qida məhsulları, Azərbaycandan isə bir sıra zəruri ləvazimatlar (çadır, yataq dəstləri və çarpayı, masa, oturacaq, qızdırıcı və s.) alaraq, zəlzələ bölgəsinə göndərib.

"Kristal Abşeron" təbii fəlakət zamanı həlak olanlara Allahdan rəhmət, onların yaxın və doğmalarına səbr diləyir, hər kəsi qardaş Türkiyənin bu çətin günlərində yanında olmağa səsləyir.

İanə etmək üçün keçid - https://www.afad.gov.tr/depremkampanyasi2