Kütləvi peyvəndləmə koronavirus
pandemiyasının gedişatını kökündən dəyişdirə və üçüncü dalğa riskinə təsir edə
bilər.
Qaynarinfo xəbət
verir ki, bu haqda Rusiya Səhiyyə Nazirliyinin baş infeksion xəstəliklər üzrə
mütəxəssisi, professor Vladimir Çulanov RİA Novosti-yə verdiyi açıqlamada deyib.
"Biz üçüncü
dalğadan (2021-ci ilin yazında - red.) danışa bilmərik, kifayət qədər məlumat
yoxdur... Əgər kütləvi peyvənd indidən başlayarsa, bu, ümumiyyətlə,
epidemiyanın gedişatını dəyişə bilər, çünki bu, ən təsirli profilaktika vasitəsidir.
Başlayarsa, əlbəttə ki, bu əlverişsiz epidemiya vəziyyətində azalma,
normallaşma olacağını gözləyə bilərik", - Çulanov deyib.
Alpər
Şərhlər