Xəbər lenti

Laçında gömrük məntəqəsinin yaradılması istiqamətində daha bir addım
Ekonomiks 13:33 19.02.2023

Laçında gömrük məntəqəsinin yaradılması istiqamətində daha bir addım

"Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib". 

Qaynarinfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, nəzarət-buraxılış məntəqələrinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə uyğundur:
 


"Qarabağ Azərbaycanı ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşmalıdır.

Qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla milyardlarla dollar həcmində Azərbaycan iqtisadiyyatına ziyan vurub. Bu baxımdan hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgədə Azərbaycan Dövlət Gömrük Komitəsinin gömrük postlarının qurulmasının labüddür. Beynəlxalq hüquq da Azərbaycanın bütün suveren ərazisində gömrük nəzarətinin təşkilini dəstəkləyir".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->