Xəbər lenti

Dünya 14:45 10.03.2024

Latviya prezidentindən Papaya cavab: "Siz pisliyə təslim ola bilməzsiniz"

Latviya prezidenti Edqars Rinkeviçs Roma Papası Fransiskin Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində aparılan danışıqlarla bağlı mübahisəli bəyanatını şərh edərkən deyib ki, pisliyə təslim olmaq olmaz.

Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

"Sən pisliyə təslim ola bilməzsən, onunla mübarizə aparmalı və onu məğlub etməlisən ki, şər ağ bayraq qaldırsın və təslim olsun", deyə Rinkeviçs bildirib.

İsveçrənin RSI telekanalına müsahibəsində Papa Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində danışıqlara çağırıb və qeyd edib ki, ağ bayraq qaldırmağa cəsarət edən daha güclü olacaq.

Hələlik müsahibədən yalnız fraqmentlər dərc olunub, o, martın 20-də tam şəkildə yayımlanacaq. Jurnalist pontifikdən Ukraynanın təslim olması lazım olduğunu deyənlərlə bunun daha güclü tərəfin hərəkətlərini legitimləşdirəcəyini deyənlər arasında yaranan mübahisə barədə soruşub. 

"Bu, təfsir məsələsidir. Məncə, vəziyyəti görən, xalqını düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti çatan ən güclüdür", deyə pontifik bildirib. O qeyd edib ki, danışıqlar dünya güclərinin köməyi ilə aparılmalıdır.

"Danışıqlar" sözü cəsarətli sözdür. Siz uduzduğunuzu, işlərin yaxşı getmədiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır", deyə Papa qeyd edib.

Vatikanın mətbuat xidmətinin rəhbəri, ata Matteo Bruni Papa Fransiskin Ukrayna üçün sülh axtarışı ilə bağlı sözlərini şərh edərkən bildirib ki, danışıqlar heç vaxt təslim olmaq deyil.

Aydın

https://twitter.com/edgarsrinkevics/status/1766716424725107050

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->