Dünya 19:14 26.05.2023

Lavrovdan ABŞ-a: “Düşünməyin ki, Atlantik okeanı sizi xilas edəcək”

ABŞ III Dünya müharibəsi təhlükəsi qarşısında Atlantik okenanının onları qoruya biləcəyini təmin etdiyini düşünməklə "kəskin yanılır”. 

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

"Ancaq hələlik Vaşinqton öz Avropa satellitlərini Rusiya Federasiyasına qarşı çıxmağa təhrik edir, onların hər şeydən qurtula biləcəyinə inanır", - nazir deyib.

Bununla da Lavrov Kiyevə F-16 qırıcıları tədarük etmək vədi fonunda "Vaşinqtonun özünüqoruma instinktindən imtina edib-etmədiyi” sualını şərh edib.

Xatırladaq ki, aprel ayında Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Vaşinqtonun Kiyevi silahla təchiz etdiyi üçün Rusiya və ABŞ-ın "müharibənin qaynar fazasında” olduğunu iddia etmişdi.

Alpər