Xəbər lenti

Lənkəranda yeni doğulan körpənin öldürülməsi ilə bağlı rəsmi məlumat açıqlandı
Ölkə08:06 31.07.2017

Lənkəranda yeni doğulan körpənin öldürülməsi ilə bağlı rəsmi məlumat açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran rayonunda yeni doğulan körpənin ölümü ilə bağlı məlumat açıqlayıb.

DİN-dən "Qaynarinfo"ya verilən məlumata görə, Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

İyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qaynarinfo.Az