Xəbər lenti

Lənkəranlı müxalifətçilər Yadigar Sadıqovun müdafiəsinə qalxdılar
Ölkə08:55 28.06.2013

Lənkəranlı müxalifətçilər Yadigar Sadıqovun müdafiəsinə qalxdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AXCP, Müsavat, Aydınlar, "Ümid", ACP və EL hərəkatı, Ziyalılar Birliyi, Vətəndaş Həmrəyliyi Lənkəran təşkilatları Müsavat Partiyası başqanını müşaviri Yadigar bəy Sadıqovun Lənkəran şəhərində şərlənməsi ilə əlaqədar bəyanat yayıblar.

Bəyanatda deyilir:

"Müsavat başqanın müşaviri Yadigar bəy Sadıqovun Lənkəran şəhərində Rəşad Kərimov adlı biri tərəfindən şərlənməsi yerlı hakimiyyət nümayəndələrinin müxalifətə qarşı ardıcıl əməllərinin davamıdır. Bu ilin yanvar ayından başlayaraq xüsusi olaraq öyrədilmiş adamlar tərəfindən Lənkərana səfər etmək istəyən Müsavat Başqanı İsa Qəmbər, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və AXCP rəhbərliyinə daxil olan şəxslərə qarşı nalayiq hərəkətlər nümayış etdirdi ki, hakimiyyət siyasi aponentlərinə qarşı açıq terror siyasəti nümayiş etdirir."

Bəyanatda daha sonra deyilir:" Müsavat Başqanının müşaviri Yadigar Sadıqovun şərlənməsi kimi gülünc məzhəkə Lənkəranlıların kəskin hiddətinə səbəb olmuşdur. İctimai hörmətə malik, ziyalılığı ilə əhalinin dərin hörmətini qazanmış Yadigar Sadıqovun kimə isə əl qaldırması insanlarda dərin isteza yaratmışdır."

Bəyanat aşağıdakı sözlərlə bitir: "Bəyanatı imzalayan siyasi partiya və hərəkat nümayəndələri Yadigar Sadıqova qarşı bu hüquq, əxlaq, mənəviyyat və siyasi etikaya sığmayan hərəkətləri qətiyyətlə pisləyir və hakimiyyət nümayəndələrini Azərbaycan dövlətinin onsuz da qeyri-demokratik imicinin daha da dərinləşdirən bu cür əməllərə son qoymağı tələb edir."

İmzalar:

Nicat Səfəroğlu

İman Əliyev

İltifat Rəhimzadə

Eldəniz Hüseynov

Rahib İsmayılov

Ramiz Əlizadə