İdman 14:25 07.02.2023

"Lids" baş məşqçisini qovdu

İngiltərə Premyer Liqası təmsilçisi "Lids" baş məşqçisi Cessi Marşı vəzifəsindən qovub.

Qaynarinfo-nun məlumatına görə, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Açıqlamada amerikalı məşqçi ilə yanaşı onun köməkçiləri Rene Mariç, Kameron Toşak və Pyer Barreunun da göndərildiyi bildirilib. Səbəb kimi komandanın pis nəticələri göstərilib.

2022-ci ilin fevralında "Lids"ə baş məşqçi təyin olunan və bir il komandanı çalışdırdıqdan sonra qovulan 49 yaşlı Marş daha əvvəl "Leyptsiq”, "Zalsburq”, "Nyu York Red Bulls” və "Monreal”da işləyib.

Səbuhi Həsənov