Xəbər lenti

Ölkə üzrə bütün sərnişindaşınmanın fəaliyyəti dayandırılır
Ölkə17:08 23.03.2020

Ölkə üzrə bütün sərnişindaşınmanın fəaliyyəti dayandırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabahdan Azərbaycanda xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılır.
Qaynarinfo xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahdan ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərarında bildirilib.
Qeyd olunub ki, mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılıb.