Xəbər lenti

Ölkəmizdə yenilik - Ürək transplantasiyası mümkün olacaq
Ölkə10:02 26.10.2016

Ölkəmizdə yenilik - Ürək transplantasiyası mümkün olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi yaxın zamanda mümkün olacaq.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. O deyib ki, bu istiqamətdə işlər aparılır: “Azərbaycanda bu sahədə böyük işlər görülür. 15 il əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilirdi. Bu gün artıq ölkəmizdə qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası mümkündür”.(APA)

Qaynarinfo.Az