Xəbər lenti

Mahir Emreli ağır zədə aldı
İdman 09:12 07.01.2024

Mahir Emreli ağır zədə aldı

Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo” klubunun futbolçusu Mahir Emreli ciddi zədə alıb.

"Report”un "sportklub.n1info.hr” saytına istinadən məlumatına görə, 26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində Sloveniyanın "Roqaşka” komandasına qarşı keçirilən yoxlama görüşündə sıradan çıxıb.

Emreli bu səbəbdən qarşılaşmanın 60-cı dəqiqəsində əvəzlənib. Baş məşqçi Sergey Yakiroviç onun zədəsinin ciddi olduğunu açıqlayıb. Mütəxəssis forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu, bu üzdən uzun müddət kollektivdən kənarda qalacağını söyləyib.

Millimizin üzvü ilə bağlı son qərar Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçdikdən sonra veriləcək. Ancaq onun hətta mövsümü başa vurmaq ehtimalı da istisna edilmir.

Qeyd edək ki, "Dinamo” "Roqaşka”nı 1:0 hesabı ilə məğlub edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->