Xəbər lenti

Makron BRICS-in genişlənməsini yeni dünya nizamı cəhdi adlandırdı
Dünya 20:27 28.08.2023

Makron BRICS-in genişlənməsini yeni dünya nizamı cəhdi adlandırdı

Fransa prezidenti Emmanuel Makron etiraf edib ki, indi bəzi ölkələr qurulmuş dünya nizamını yenidən nəzərdən keçirməyə çalışırlar. O, buna misal olaraq BRICS-in genişlənməsi bəyanatını göstərib. Makron bunu Avropa ölkələrinin mövqelərinin zəifləməsi üçün təhlükə kimi qiymətləndirir.

Qaynarinfo xəbər verir ki, o, bu barədə ölkə səfirlərinin illik konfransında danışıb.

Makronun sözlərinə görə, getdikcə daha çox ölkə BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər beynəlxalq strukturların roluna meydan oxuyur.

"Getdikcə daha çox ölkə hesab edir ki, bu strukturların onlara müəyyən qaydalar tətbiq etməyə legitimliyi yoxdur, onlar bu ölkələrin olmadığı bir dünyada yaradılıblar və geosiyasi, demoqrafik və hərbi reallıqlara uyğun gəlmirlər”, - deyə o bildirib. 

"Bu, son günlərdə BRİKS-i genişləndirmək cəhdlərinə çevrilir. Bu, bizim dünya nizamı adlandırdığımız və bu gün daha çox qərbmeyilli kimi qəbul edilən nizamı əvəz etmək üçün nəzərdə tutulmuş alternativ nizam yaratmaq istəyindən xəbər verir”.

Makron qeyd edib ki, söhbət yeni dünya nizamının yaradılmasından getdiyi bir şəraitdə "dünyanın parçalanmasına” yol verməmək vacibdir.

Qeyd edək ki, avqustun 24-də BRİKS-in 15-ci sammitində assosiasiyaya BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Həbəşistan dəvət olunub. 2024-cü il yanvarın 1-dən bu ölkələr BRİKS-in rəsmi üzvü olacaqlar. 

İyunun 13-də "L`Opinion" qəzeti yazıb ki, Makron CAR prezidenti Siril Ramafosadan ona sammitdə iştirak etmək imkanı verməsini istəyib. İyulun 7-də CAR Xarici İşlər Nazirliyi Emmanuel Makronun sammitə dəvət edilmədiyini açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->