Hüseynbala Səlimov
Siyasət 09:58 07.02.2022

Makron Rusiyada nə axtarır?..

Hüseynbala Səlimov

Bir neçə həftə bundan əvvəl KİV-lər xəbər verdilər ki, bu ilin iyul ayına qədər Avropa Birliyinin Şurasına Fransa rəhbərlik edəcək. Nəzərə alsaq ki, Paris 14 ildən sonra belə etimada layiq görülüb, bunun ölkə üçün nə qədər mühüm hadisə olduğunu başa düşmək olar.

Amma ölkəsindən fərqli olaraq prezident Emmanuel Makron üçün bu günlər heç də rahat və asan deyil, çünki bu il "qalların ölkəsi”ndə növbəti prezident seçkisi keçiriləcək. Makronun şansları haqqında hələ ki heç nə deyə bilmərik: seçkilər apreldə olacaq və növbəti aylarda biz onlarla bağlı çox şey öyrənəcəyik.

İndi isə bunu demək olar ki, Makronun siyasi sələflərinə - Fransua Olanda və Nikolya Sarkoziyə ikinci müddətə seçilmək nəsib olmamışdı. Tale E.Makronun üzünə güləcəkmi? Bir daha deyirik ki, çox təəssüf, biz hələ bu suala cavab vermək iqtidarında deyilik...

Belə bir məqam da çox maraqlıdır ki, özü üçün belə bir mürəkkəb vəziyyətdə Fransa prezidenti Moskvaya səfər etməyə qərar verib və əgər fors-major bir hadisə baş verməsə, səfər bu gün baş tutmalıdır.

Bəs Makronu Rusiyaya nə gətirir? Düşünürük ki, bu, daha çox Ukrayna məsələsilə bağlıdır. Fransa Avropanın mühüm ölkəsdir, özü də təkcə iqtisadi mənada yox, həm də hərbi mənada. Üstəlik, qeyd etdiymiz kimi, o, hazırda Avropa Birliyinə rəhbərlik edir.

Əlbəttə, biz özümüz də Ukrayna məsələsinə qəti biganə deyilik. Ona görə ki, söhbət bütün post-sovet məkanının taleyindən gedir. Aydın məsələdir ki, bu qarşıdurmada Moskva qalib gəlsə, bütün post-sovet ölkələri Rusiya təhlükəsi qarşısında aciz qalacaqlar. Ona görə də onların hamısı bütün mümkün üsullarla öz təhlükəsizliyini təmin etməyə çalışırlar. Təkcə Kiyev yox, Tiflis də öz ərazisində ABŞ-ın və NATO ölkələrinin hərbi mövcudluğunu və iştirakını gücləndirir. Azərbaycan da xarici siyasətdində türk vektorunu gücləndirir. Bu günlərdə Azərbaycanın və Türkiyənin parlamentləri Şuşa Bəyannaməsini ratifikasiya etdilər və bu, belə deməyə əsas verir ki, bunun üçün vaxt heç də təsadüfən seçilməyib – getdikcə artan Rusiya təhlükəsi adekvat addımlar atmağı tələb edir...

Qeyd etmək lazımdır ki, Fransa ilə Rusiyanı daha bir məqam da birləşdirir. Onların hər ikisi Minsk Qrupunun həmsədridir. Nəzərə alsaq ki, ötən həftə prezident Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin, o cümlədən də Avrasiya İttifaqının şurasının prezidenti Şarl Mişelin iştirakı ilə video formatda görüş keçirildi, onda baş düşmək olar ki, prezident Makron növbəti prezident seçkiləri ərəfəsində Dağlıq Qarabağ məsələsinə hansı qiyməti verir.

Bəs Moskvanın Parisin Qarabağa marağına reaksiyasi necə olacaq? Bu, çox mürəkkəb sualdır. Kreml heç kimlə Dağlıq Qarabağdakı separatçı rejimin cilovlarını bölüşmək istəmir. Xüsusən də indi bu, Kreml üçün çox önəmli məsələdir. Özünüz fikirləşin, Ukraynaya görə bütün Qərb dünyası ilə qarşıdurmaya gedən Moskva heç Cənubi Qafqazı kiminləsə bölüşə bilərmi? Aydın məsələdir ki, qətiyyən istəməz. Moskvaya digər həmsədrlər yalnız ona görə lazımdır ki, hərdən Bakıya təzyiq etsin.

Bəs Moskva Fransa prezidentiylə hansı tonda danışacaq? Aydın məsələdir ki, prezident seçkisi ərəfəsində, elə bir vaxtda ki, hələ məlum deyil Yelisey sarayının sahibi kim olacaq, çətin ki, ciddi və konstruktiv dialoq baş tutsun. Böyük ehtimalla bu, nəzakət xarakterli görüş olacaq.

Bir daha qeyd edək ki, Rusiyaya səfər ərəfəsində Azərbaycanın və Ermənistanın liderlərinin görüşünü təşkil etməklə Makron, necə deyər, zəruri informasiyaları toplamağa cəhd etdi. Amma düşünürük ki, bu, tamam faydasız cəhddir. Qarabağ məsələsinə yüksək maraq Moskva tərəfindən geosiyasi təzyiqin daha bir istiqaməti kimi qəbul ediləcək, çünki Dağlıq Qarabağ da post-sovet məkanına daxildir, hansını ki, Kreml özünün "həyati maraq sferası” hesab edir...