Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski iki ölkə arasında təhlükəsizlik sazişi imzalayacaq. Sənədin imzalanması cümə günü, fevralın 16-da Yelisey sarayında baş tutacaq.
	
Qaynarinfo "lʼExpress”ə istinadən xəbər verir ki, bu barədə Fransa Rəyasət Heyəti məlumat 
yayıb. 
 
	
 
"Bu razılaşma 2023-cü ilin iyulunda Vilnüsdə NATO-nun sammiti çərçivəsində G7 formatında götürülmüş öhdəliklərdən irəli gəlir”, - Yelisey Sarayından bildiriblər.
Xatırladaq ki, G7 ölkələri 2023-cü il iyulun əvvəlində Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyini vəd edən bəyannaməni təsdiqləyib. Artıq 30-dan çox ölkə, o cümlədən Fransa da ona qoşulub.
	
Böyük Britaniya Ukrayna ilə saziş imzalayan ilk ölkə olub. Artıq yanvarın 17-də Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Paris London kimi Ukrayna ilə təhlükəsizlik sazişi imzalamağı planlaşdırır.
		
Nizami Bağırov
             
            
Şərhlər