Xəbər lenti

Markarova Ukrayna səfirliyinin Kelloqun qızı ilə əməkdaşlıq etdiyini təsdiqlədi
Dünya 13:35 11.02.2025

Markarova Ukrayna səfirliyinin Kelloqun qızı ilə əməkdaşlıq etdiyini təsdiqlədi

ABŞ-da Ukraynanın səfiri Oksana Markarova "Weatherman Foundation” təşkilatının prezidenti Meqan Mobbsun Ukraynaya yardım məsələsindəki rolunu qeyd edərək, ona şəxsən təşəkkür edib, həmçinin təşkilatın rəhbərliyini tərifləyib.  

Qaynarinfo xəbər verir ki, bu barədə Markarova Facebook səhifəsində yazıb.  

Məlumdur ki, Mobbs ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloqun qızıdır.  

Markarova Mobbsun rolunu vurğulayıb, o, "Ukraynada azadlıq üçün könüllü döyüşən amerikalı qəhrəmanların ailələri ilə daim əlaqədə olan, inanılmaz işlər görən biridir. Həmçinin, o, general-mayor Boris Kremenetski ilə birgə bu ailələrlə təmasdadır".  

"Və şəkillərdən biri, elə bizim Vaşinqtondakı "Ukraine House”da keçirilən çox vacib bir tədbirdən, keçən avqust ayında qəhrəmanların ailələrinə mükafatlar təqdim etdiyimiz anı əks etdirir. "R.T. Weatherman Foundation” və Meqan Mobbsa dəstək və həmin tədbir üçün təşəkkür edirəm”, – deyə Ukraynanın ABŞ-dakı səfiri yazıb.  

Amerikanın "The Washington Post” qəzeti 10 fevralda yayımladığı məqalədə "Weatherman Foundation”ın Rusiyanın genişmiqyaslı müdaxiləsindən bəri Ukraynada fəaliyyət göstərdiyini qeyd edib.  

Qəzet bildirib ki, fond Rumıniya-Ukrayna sərhədində logistika mərkəzinin fəaliyyətini təmin edir və Ukraynadakı 70-dən çox təşkilata, o cümlədən xəstəxanalara tibbi ləvazimat və digər yardımlar göndərir.  

Yardım göstərməklə bərabər, fond, Ukraynada döyüşən amerikalı könüllü əsgərləri təxliyə edir və onları Almaniyadakı Landştul Regional Tibb Mərkəzinə göndərir, burada onlar xüsusi tibbi yardım alırlar və həmçinin döyüşlərdə həlak olmuş amerikalı könüllülərin cəsədlərini vətənə qaytarırlar.  

"Kelloq – Rusiyanın sülh tərəfdarı deyil və onun varisləri də deyil. Kelloqun qızı Meqan Mobbs "Weatherman Foundation”ın prezidenti və "West Point” universitetinin məzunudur. Ukraynalıların Mobbsdan yaxşı dostu ola bilməz”, – qəzət o vaxt yazmışdı.  

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu həftə Ağ Ev komandasının üzvləri Ukraynaya səfər edəcəklər. Lakin o, kimlərin səfər edəcəyini açıqlamayıb.  

Eyni zamanda CBS News məlumat yayıb ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens bu həftə Münhen Təhlükəsizlik Konfransında Ukrayna Prezidenti Zelenski ilə görüşəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->